Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:58

Human Rights Watc Xəyal TV-nin 2 əməkdaşının vəkillərlə görüşünə şərait yaratmağa çağırıb


Human Rights Watch logo
Human Rights Watch logo
Beynəlxalq Human Rights Watc təşkilatı Azərbaycan hakimiyyətini Xəyal TV-nin həbsdə olan 2 əməkdaşının vəkil və ailə üzvlərilə görüşünə şərait yaratmağa çağırıb.

Martın 13-də Qubada həbs edilmiş Vüqar Qonaqovla Zaur Quliyev hazırda Daxili İŞlər Nazirliyinin həbsxanasında saxlanırlar.

Hüquq müdafiəçiləri bildirirlər ki, hələlik onların nədə ittiham olunması aydın deyil və bu Azərbaycan qanunları və Beynəlxalq qaydalara ziddir.

Təşkilat hesab edir ki, jurnalistlər martın 1- də İcra başçısının istefasıyla nəticələnmiş
Quba hadisələrilə bağlı videomaterialları Youtube-da yerləşdirdiklərinə görə saxlanıblar.
XS
SM
MD
LG