Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

«Azərbaycandakı «Eurovision» şousu Olimpiya Oyunlarına bənzəyəcək...»


Arxiv foto
Arxiv foto
İspaniyanın «RTVE» internet saytında «Eurovision» Mahnı Müsabiqəsi 2012-yə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub.

«Eurovision.az» saytı xəbər verir ki, məqalədə Bakıda yaşayan ispanların «Eurovision 2012» hazırlıqları barədə təəssüratları yer alır.

Müəlliflər Azərbaycanı nadir təbiətə və memarlığa sahib «rəssamlıq əsəri» kimi təsvir edir.

«Eurovision.az» saytı vurğulayır ki, məqalədə ispanlar öz həmvətənlərinə Azərbaycanın son illər ərzində sürətli iqtisadi və mədəni yüksəlişi barədə də danışırlar.

Müxtəlif sahələrdə çalışan ispanlar Azərbaycanlıları dostsevər, mülayim insanlar kimi səciyyələndirirlər.

Məqalədə bu ekzotik, günəşli ölkənin zəngin mənəvi irsindən söhbət açılır:

«İçərişəhərin labirint dalanlarını gəzin, hər cür yeməkdən zövq alın».

Onlar dostlarına həm də Bakı Bulvarına getməyi tövsiyyə edirlər.

Məqalə müəllifləri oxuculara İçərişəhər, «Yanar Dağ» və palçıq vulkanlarının onları təəccübləndirəcəyini deyir.

Bakıda yaşayan ispanların fikrincə, Azərbaycandakı 57-ci «Eurovision» Mahnı Müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə Dünya çempionatı kimi bir şouya çevriləcək.

Məqalədə Azərbaycanlıların müsabiqəyə bayram əhval-ruhiyyəsində hazırlıq gördükləri bu cür təsvir edilir: «Onlar buna çox şaddırlar və onu ölkələri üçün əhəmiyyətli hesab edirlər».

Xatırladaq ki, İspaniyanı bu müsabiqədə Pastora Soler təmsil edəcək.

Ölkənin müsabiqə üzrə milli yayımçısı olan «TVE» kanalı təmsilçini münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində seçib.

Pastora Soler 1978-ci ildə İspaniyada doğulub.

İlk musiqi albomu 1994-cü ildə işıq üzü görən müğənninin bu vaxtadək 10 albomu çıxıb.
XS
SM
MD
LG