Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

İqtisad Universitetinin tələbəsi "kollokvium etirazlarını" belə izah edir


Dövlət İqtisad Universiteti
Dövlət İqtisad Universiteti
Martın 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin 100-dən çox tələbəsi kollokviumu (imtahanqabağı tələbələrin biliyinin öyrənilməsi prosesi) boykot etdilər. Universitetin tələbəsi Şahin Rəhman AzadlıqFM-də bununla bağlı müsahibə verib:

- Siz birinci dəfə idimi ki, kollokvium verirdiniz?

- Yox, universitetə qəbul olunandan bəri 3-4 semestr ərzində kollokvium vermişik.

- Bəs indi nədən problem yarandı?

- İndiyə kimi kollokviumları bizə dərs deyən seminar müəllimləri götürürdü. Ya yazılı, ya test üsulu ilə. İndi isə bu üsulu fərqli götürürdülər, həm də yeni qayda barədə bizə gec xəbər verdilər. Dedilər ki, 3 saat ərzində hər fəndən 5 sual olmaqla 35 suala cavab verməliyik. Bu da bizi qane eləmədi. İnanmıram ki, dünyanın hansısa yerində tələbə imtahana belə şəraitdə cavab verə bilər.

- İqtisad Universitetinin tələbələri «Facebook» şəbəkəsində «yeni üsullu kollokviuma etiraz edək» adında kampaniyaya başladı, etiraz gününün vaxtı, saatı göstərildi. Virtual dünyadan başlayan etiraz real həyatda öz əks-təsirini göstərə bildimi?

- Elmi Şura çağırıldı. Köhnə qayda ilə verəcəyik imtahanı. Yeni kollokvium zamanı isə ola bilsin testdən istifadə edilsin. Bizə belə dedilər. Hər halda etirazımızın qismən nəticəsi oldu.

- İmtahanlar təhsilin keyfiyyətinə təsir edirmi?

- Əlbəttə, bizim universitetdə Boloniya sistemidir, test üsuludur. İmtahan vermək üçün hər şərait yaradılır, amma kollokviumun bu üsulla verilməsi xoşumuza gəlmədi. Əslində, kollokviumların belə keçirilməsi yaxşıdır. Çünki müəllim-tələbə arasında rüşvət münasibətlərinə son qoyur. Rektorun bu qərarı göstərir ki, müəllimlər qiymətimizə təsir edə bilməyəcək, hər kəs biliyinə uyğun qiymət ala biləcək. Bunu dəstəkləyirik, sadəcə metodu vermək xoşumuza gəlmədi. Yazılı imtahanı belə üsulla keçirilməsini bəyənmədik.

- Təhsil prosesində xoşunuza gəlməyən başqa nə var?

- Kitabxanada dərslik kifayət qədər deyil. Məsələn, bir kitabı 15 gün ərzində qaytarmalıyıq. Qaytarmayanda, tələbə biletini vermirlər, ya da qadağalar qoyurlar.

- Bəs bu problemin həllini nədə görürsünüz? Virtual etirazlardamı?

- Dərsliklərin elektron variantlarını tapmağa çalışırıq. Oxumaq istəyən çıxış yolu tapır. Amma bunu nəzərə alsalar, yaxşı olar, bununla bağlı da müraciət etmişik.

AzadlıqFM-in bu mövzuya həsr olunmuş verilişi haqda daha ətraflı burada oxu

XS
SM
MD
LG