Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:07

Bakıda internat məktəbində yanğın olub, 3 nəfər xəsarət alıb


Hadisə Şüvəlan qəsəbəsində yerləşən 2 saylı xüsusi internat məktəbində baş verib

Aprelin 2-də səhər saatlarında Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 2 saylı xüsusi internat məktəbində güclü yanğın olub. Fövqəlada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən AnsPress-ə verilən məlumata görə, yanğın şagirdlər dərsdə olan vaxt meydana gəlib.Şagirdlər təxliyyə olunublar.

Yanğınla bağlı 2 saylı çağırışla 20-dən artıq yanğınsöndürən maşın hadisə yerinə yollanıb. Yanğın zamanı məktəbin 650 kvadrat metrlik sahəsi yanıb. Yanğın zamanı 3 yanğınsöndürən yüngül xəsarət alıb.

Hadisənin nə səbəbə baş verməsi araşdırılır.
XS
SM
MD
LG