Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:06

Moldovanın parlament komissiyası Ermənistana silah satışının araşdırılmasını istəyir


Moldovanın parlament komissiyası bildirib ki, Ermənistana silah satışının araşdırılması üçün Baş prokurorluğa müraciət edəcək.

Komissiya həmin silah sazişi ilə bağlı hesabatını cümə axşamı çap edib.
Hesabatda deyilir ki, bu saziş Moldovanın bir neçə qanununu pozur.

Hesabat tövsiyyə edir ki, Moldovanın rəsmi şəxsləri, o cümlədən müdafiə naziri Vitalie Marinuta sazişlə bağlı sorğu-suala çəkilsin.

Media məlumatlarına görə, müdafiə naziri Vitalie Marinuta Ermənistana silah satışı sazişinə görə öz vəzifəsini itirə bilər.
XS
SM
MD
LG