Nüvə silahı düzəltmək üçün İranın kifayət qədər elmi bazası var.
Bunu iranlı deputat Gohlamreza Mesbahi Moghadam bildirib.
O qeyd edib ki, İran nüvə silahının istehsalında istifadə olunan zənginləşdirilmiş uranı çox asanlıqla alır, amma bu yol tamamilə İranın maraqlarına ziddir.
«Associated Press» agentliyi yazır ki, Moghadam İranın nüvə silahı texnologiyasına malik olduğunu etiraf edən ilk məmurdur.
Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.