Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Misirin keçmiş vitse-prezidenti prezidentlik uğrunda mübarizəyə qoşulur


Misirin keçmiş vitse-prezidenti və xüsusi xitmətin rəhbəri Omar Suleyman mayda keçiriləcək prezident seçkisində mübarizə aparmaq üçün sənəd təqdim edib.

74 yaşlı Suleyman seçkidə iştirak etməsi barədə yalnız cümə günü məlumat verib və bunun üçün lazım olan 30 min imzanı son 2 gündə toplaya bilib.

O keçmiş prezident Hosni Mubarakın devrilməsinə az qalmış vitse-prezident təyin edilmişdi.

Bundan sonra isə hakimiyyət kütləvi etirazlar nəticəsində ali hərbi şuraya keçdi və Omar siyasi səhnədən getməli oldu.

Müşahidəçilər hesab edir ki, dünyəvilik tərəfdarı olan siyasi partiyalar seçkidə onun tərəfini saxlaya bilərlər.

Bu yaxınlarda Misirdə keçirilmiş parlament seçkilərini Müsəlman qardaşları hərəkatı udub.
XS
SM
MD
LG