Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:01

Rusiya Federasiya Şurasının sədri: «Əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq»


Valentina Matviyenko
Valentina Matviyenko
«Qəbələ RLS-lə bağlı fikir ayrılıqlarının əksəriyyəti aradan qaldırılıb». APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədovla keçirdiyi görüşün yekunlarına dair brifinqdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib ki, hazırda normal danışıqlar prosesi gedir: «Bir neçə məsələ qalıb ki, onlar üzərində işləmək və birgə razılıq əsasında qərar qəbul etmək lazımdır. Mən əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq. İki ölkə xarici işlər və müdafiə nazirlikləri arasında bir neçə raund danışıqlar keçirilib. Mən əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq. Rusiya da, Azərbaycan da bunda maraqlıdır».

Rusiya Federasiya Şurasının sədrinin Azərbaycana səfəri apelin 8-dən başlayıb. Rəsmi qonaq iki günlük səfər çərçivəsində prezident İlham Əliyev, baş nazir Artur Rasi-zadə ilə görüşəcək.

Matviyenkonun jurnalistlərə dediyinə görə, 2012-ci ilin yekunlarına görə Azərbaycan və Rusiya arasında qarşılıqlı mal dövriyyəsinin həcmi 3 milyard dolları ötəcək.

O, iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu olduğunu qeyd edib:

«Ötən ilin yekunlarına görə son illər ərzində qarşılıqlı mal dövriyyəsində ən yüksək həcmlərə nail olmuşuq. Bu 2 milyard 800 milyon dollara bərabərdir. Bu il isə artım templəri artıq ilin əvvəlindən özünü müsbət göstərir. Ümid edirik ki, bu il mal dövriyyəsinin həcmi 3 milyard dollardan çox olacaq» – deyə, V. Matviyenko vurğulayıb.
XS
SM
MD
LG