Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:25

Köçkünlərin maaşları daha bir il müddətinə ödənəcək


Baş nazir Artur Rasi-zadə
Baş nazir Artur Rasi-zadə

Baş nazir Artur Rasi-zadə büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin maaşlarının 2013-cü ilin yanvarına qədər ödənməsi barədə qərar imzalayıb.

Sənəd bu il yanvarın 1-dən qüvvəyə minir. Yəni, bu qəbildən olan insanlar son üç aydan qalan maaşlarını da ala biləcəklər.

Baş nazir dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırır ki, boş iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı tədbirlərin görülməsini daha da gücləndirsinlər və hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər.

Bu ilin yanvarından köçkünlərin maaşlarının ödənilməməsi onların kəskin narazılığına səbəb olmuşdu. Köçkünlərin bir qrupu bununla bağlı Prezident Administrasiyasının qarşısında etiraz aksiyası da keçirmişdi.
XS
SM
MD
LG