Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:23

Vidadi İsgəndərlinin şikayəti təmin olunmadı


Aprelin 10-da Ali Məhkəmədə deputatlığa keçmiş namizəd Vidadi İsgəndərlinin Şəki Apellyasiya Məhkəməsinin yekun qərarından verdiyi kasasiya şikayətinə baxılıb. Kasasiya şikayəti təmin olunmayıb.

Xəbəri Vidadi İsgəndərlinin vəkili Yalçın İmanov verib.

Vidadi İsgəndərli keçən il avqustun 27-də Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdi. Həmin şikayət təmin olunmamışdı.

Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə ittiham olunub. Müdafiə tərəfi ittihamları qondarma adlandırır, Vidadi İsgəndərlinin həbsini siyasi sifariş sayır.
XS
SM
MD
LG