Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:02

«Səhər» telekanalı müxbirinin həbsi 1 ay uzadıldı


Aprelin 10-da Binəqədi rayon Məhkəməsi İranın «Səhər» telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının həbs müddətinin bir ay uzadılması haqqında qərar çıxarıb.

Hakim Abid Hüseynov bunun narkoloji ekspertiza rəyinin hazır olmaması ilə izah edib.

Bu haqda AzadlıqRadiosuna Anar Bayramlının vəkili Anar Qasımov məlumat verib. Vəkil həbs müddətinin bir ay uzadılmasını süründürməçilik adlandırıb: «Adətən bu cür rəylər bir-iki həftəyə hazır olur. Üstündən 2 aya yaxın vaxt keçsə də, rəy hazır deyil».

Anar Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddələrin saxlanması, daşınması və satışı) maddəsi ilə ittiham olunur. Müdafiə tərəfi ittihamı qurama adlandırır.

Məhkəmədə ittihamlar təsdiq olunsa, jurnalisti 3 illik həbsxana gözləyir.
XS
SM
MD
LG