Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin
S E Ç İ M Q A Y D A L A R I
(Təhsil Nazirliyinin saytından götürülüb)
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən hazırlanmışdır və xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir.
1.2. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na (bundan sonra – Proqram) uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və bu Qaydaların 2-ci və 3-cü bəndlərinin tələblərinə cavab verən Azərbaycan vətəndaşları sırasından seçilir.
1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il ölkənin gələcək iqtisadi, sosial və mədəni inkişaf perspektivlərini nəzərə alaraq sahələr, ixtisaslar, təhsil proqramı və pillələri üzrə kadr ehtiyaclarına olan tələbatı aidiyyəti nazirlik, idarə və təşkilatlarla birlikdə müəyyənləşdirir və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya (bundan sonra – Komissiya) təqdim edir.
1.4. Tələbə göndəriləcək xarici təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmaqla, ən optimal variantda xarici təhsil ocaqlarının seçilməsi haqqında təkliflər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikaısnın İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilərək Komissiyaya təqdim edilir.
1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir.
1.6. Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələbələrin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
1.7. Proqramın icrasında şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmin Proqram üzrə xüsusi internet səhifəsi yaradılır və bütün məlumatlar vaxtında və tam həcmdə orada yerləşdirilir.
2. Xarici ölkələrdə ali təhsil (BAKALAVR dərəcəsi) almaq istəyən iddiaçılara irəli sürülən tələblər
2.1. Xaricdə ali təhsil (bakalavr dərəcəsi) almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:
2.1.1. Ümumi orta və ya orta ixtisas təhsilinə malik olanlar;
2.1.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alanlar;
2.1.3. ilk dəfə olaraq ali təhsil (bakalavr dərəcəsi) almaq məqsədi ilə təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan və burada təhsil alanlar;
2.1.4. bu bəndin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar;
2.1.5. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər;
2.1.6. bu bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslərin (artıq xarici ali təhsil müəssisələrində təhsil alanların) cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmamalıdır.
2.2. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dilinə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq olunmuş tələblər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
2.3. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
a) ərizə-əsaslandırma;
b) doldurulmuş anket;
c) ümumi orta təhsil haqqında və ya orta ixtisas təhsili haqqında notarial qaydada təsdiq edilmiş sənədin surəti;
ç) ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd;
d) tələb olunan tədris dili imtahanının (TOEFL, İELTS və sair) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
e) bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili, və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş zəmanət məktubu;
ə) fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
f) sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
g) 2-ci bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslər üçün bu bəndin a), b), c), d), ə) və f) yarımbəndlərində göstərilən sənədlər və xarici ölkənin ali təhsil müəssisəsində müvəffəqiyyətlə (ən azı 4 bal və ya onun ekvivalenti) təhsil almaları barədə həmin ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş sənədlər.
3. Xarici ölkələrdə MAGİSTR, ELMLƏR NAMİZƏDİ, ELMLƏR DOKTORU dərəcəsi almaq istəyən iddiaçılara irəli sürülən tələblər
3.1. Xarici ölkələrdə magistr, elmlər namizədi, elmlər doktoru dərəcəsi almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:
3.1.1. bakalavr dərəcəsinə malik olanlar (yalnız magistr dərəcəsi almaq istəyən iddiaçılar üçün);
3.1.2. magistr dərəcəsinə malik olanlar;
3.1.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavrdan yuxarı təhsil pillələrində təhsil alanlar;
3.1.4. təsdiq edilmiş prioritet ixtisaslar və təhsil pillələri üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan, təhsil almaq üçün dəvət alan, hazırda təhsil alan şəxslər;
3.1.5. bu bəndin 3.1.1-ci yarımbəndində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplamalıdırlar;
3.1.6. bu Qaydaların 3-cü bəndində qeyd olunan bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır;
3.1.7. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər;
3.1.8. elmlər namizədi və ya elmlər doktoru (PhD) dərəcəsi almaq istəyən iddiaçılar yuxarıda qeyd olunmuş tələblərdən əlavə, magistr dərəcəsinə malik olmalı, xarici təhsil müəssisələrinə özləri qəbul olunmalıdırlar.
3.2. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dilinə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq edilmiş tələblər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
3.3. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
a) ərizə-əsaslandırma;
b) doldurulmuş anket;
c) iş yerindən və təhsil aldığı ali məktəbdən zəmanət məktubu;
ç) notarial qaydada təsdiq edilmiş ali təhsil haqqında diplomun və ya magistr diplomunun və ya elmlər namizədi diplomunun surətləri (əlavələrlə birlikdə);
d) xarici dil imtahanının və tələb olunan digər imtahanların verilməsi üzrə müəyyən olunmuş müvafiq rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
e) digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin surətləri (mövcud olduğu halda);
ə) sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
f) bu bəndin 3.1.4-cü yarımbəndində qeyd olunan şəxslər üçün a), b), ç), d), e) və ə) yarımbəndlərində göstərilən sənədlər və xarici ali təhsil müəssisəsində müvəffəqiyyətlə (ən azı 4 bal və ya onun ekvivalenti) təhsil almaları barədə həmin ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş sənədlər (təhsil alanlar üçün);
g) elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçınin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı.
4. Xarici ölkədə təhsil almaq məqsədi ilə seçim edilməsi
Xarici ölkədə təhsil almaq istəyən iddiaçılar barədə məlumatlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən seçim edilməsi və təqaüdçülərin siyahısının təsdiq olunması üçün Komissiyaya təqdim edilir.
5. Xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi
5.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqaviləni mütləq olaraq aşağıdakıları daxil etməklə bağlamalıdır:
a) müqavilənin predmeti;
b) tərəflərin hüquq və vəzifələri;
c) təhsil müddəti və şərtləri;
ç) təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycan Respublikasına qayıtması barədə şərt;
d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major (fövqəladə) hallar.
5.2. Müqavilə təqaüdçülərə təhsil üzrə bütün xərclərini ödəmək üçün və xarici tərəfdaşlara maliyyə vəsaitinin köçürülməsi üçün əsas götürülür.
5.3. Hər tədris ilinin yekununda tələbələrin tədris aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdimatı ilə Komissiyada müzakirə olunur və Komissiyanın qərarına əsasən proqramdan çıxarılır.
5.4. Təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır.
5.5. Təqaüdçü müqavilədə göstərilmiş fors-major (fövqəladə) hallar nəticəsində öz öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə məsuliyyət daşımır.