Rusiyanın insan haqları təşkilatı Aqora polis zorakılığından məlumat vermək üçün qaynar telefon xətti təşkil edəndən sonra Rusiyanın hər yerindən şikayətlər gəlir.
Pyatiqorsk şəhərindən 46 yaşlı, iki uşaq anası Yelena İsaulova deyir ki, həbsdə iki polis zabiti onun əlini qandallayıb döyüblər.
İsaulova sağ qalmağına şükür edir.
O deyir ki, üçüncü polis zabiti bu səhnəni görüb, müdaxilə etməsəydi, onu öldürəcəkdilər.
İsaulova deyir: “Dərim qopmuşdu. Əllərim sındırılmışdı. Məni çayın qırağına gətirdilər. Dedilər ki, başını əzəcəyik, cibinə narkotik qoyacağıq, suya atacağıq, üzüb-gedəcəksən, səni heç kim tapmayacaq.”
O da maraqlıdır ki. bu hadisə 6 il qabaq olub. İndiyə kimi istintaq da aparılmayıb.
İsaulova polis zorakılığından, özbaşınalığından şikayətlər üçün Moskvada qaynar xətt açıldığını biləndə bu qaynar xəttə zəng edib.
Aqora insan haqları təşkilatı bildirir ki, zəng edənlər arasında əvvəlki illərdə olmuş hadisələrdən danışanlar çoxdur.
Onlar ya indiyə kimi heç yerdə ədalət tapa bilməyiblər ya da da qorxublar, rəsmi şəkildə şikayət yazmaq istəməyiblər.
CİN BUTILKADAN ÇIXDI
Rusiyada , bütün keçmiş Sovet məkanında olduğu kimi polis zorakılığından şikayətlər həmişə olub. Ancaq keçən ay həbsxanada 52 yaşlı Sergey Nazarov polis zorakılığından öləndə ictimai qəzəbi artıq cilovlamaq mümkün olmadı.
Aqoranın nümayəndəsi İlnur Sharapov Azadlıq Radiosuna deyir ki, polis işgəncəsi həmişə olub. Bundan narazılıq isə passiv idi.
Onun sözlərinə görə, polis Nazarovu şampan butılkası ilə zorlayanda və Nazarov bundan öləndə artıq illərlə qaynayan ictimai narazılıq açıq şəkil aldı.
İlnur Sharapov: “Bu hadisə o qədər qəddar və dəhşətli idi ki, illərlə yetişən çiban partladı. Cəmiyyət başa düşdü ki, problem var.”
Peşəkar vəkil olan İlnur Sharapov Moskvada Aqoranın qaynar xətt telefonunda şikayətləri dinləyən və qeydə alan 3 nəfərdən biridir.
O deyir ki, onun özünə şəxsən polis işgəncəsi haqda 88 şikayət verilib.
Bu şikayətlər 31 regiondan gəlib.
İSTİNTAQ KOMİTƏSİNİN SƏDRİNƏ ŞƏXSƏN 107 ŞİKAYƏT
Aqora aldığı şikayətləri araşdırmaq və ölçü götürmək üçün bütün hüquq-mühafizə orqanlarına verir və məsələləri diqqətdə saxlayır.
Aprelin 4-də isə Aqora 107 şikayəti birbaşa İstintaq Komitəsinin rəisi Aleksandr Bastrıkinə verdi.
Aqora təkcə telefonla zəng gözləmir, bu təşkilat problemli regionlara bir neçə vəkildən ibarət dəstə də göndərir.
Bu yaxınlarda məsələn, Sverdloska 4 vəkil göndərildi, onlar adamlardan 13 şikayət aldılar, bundan başqa, polis işgəncəsi qurbanlarına hüquqi məsləhətlər verdilər.
Polis niyə işgəncə verir?
İlnur Sharapov deyir ki, işgəncə verilənlərin bildirdiyinə görə, işlətmədikləri cinayəti onların boynuna qoymaq üçün işgəncə verilirdi.
Ancaq başqa səbəblər də olur. İsaulova deyir ki, o, əmlak məsələsində polisin və hüquq-mühafizə işçilərinin əli olduğu 140 milyon rubl, yəni təxminən 5 milyon dollara yaxın yeyintini üzə çıxarandan sonra onun özünü tutdular.
Sharapovun fikrincə, polis zorakılığından qəzəb böyükdür. Hökumət ölçü götürməsə, bu qəzəb hakimiyyətin özünə yönələcək.
Bunlar Rusiyada baş verənlərdir.
Bəs Azərbaycanda?
Polis məntəqəsində işgəncə adi haldır yoxsa istisnadır?
Hansı işgəncələr var?
Ya bəlkə Azərbaycanda polisdə, ümumiyyətlə işgəncə yoxdur?
Cavablarınızı bizə yazın.