Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:26

İlham Əliyev: «Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir»


Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı iclası keçirilib
Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı iclası keçirilib
«Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır».

AzərTac-ın yaydığı məlumata görə, bu fikirləri prezident İlham Əliyev aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclasdakı yekun çıxışında səsləndirib.
«KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BİR GÜN, BİR DƏQİQƏ SƏNGİMƏMƏLİDİR»
Prezident həm inzibati tədbirlərin, həm də cəza tədbirlərinin gücləndirilməli olduğunu bildirib:
«Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır».
İlham Əliyev elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu söyləyib.

«İKİ HƏFTƏ VAXT VERİRƏM...» - KORRUPSİYA İCLASLARI
«Elə qurumlar, nazirliklər vardır ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür».
MÜASİR DÖVLƏTƏ XAS OLAN HƏR ŞEY
Prezident deyib ki, siyasi, iqtisadi və digər bütün sahələrdə müasir dövlətə xas olan bütün məsələlər tətbiq olunmalıdır. «Bu sahəyə çox böyük əhəmiyyət verilir. Biz korrupsiyaya və rüşvətxorluğa qarşı daha da geniş və ardıcıl mübarizə aparmalıyıq, aparırıq və aparacağıq»-deyə İlham Əliyev bildirib.
XS
SM
MD
LG