Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:17

Lieberman Elmar Məmmədyarovla görüşdü


Arxiv foto: İstrailin Xarici İşlər naziri Avigdor Lieberman (solda) 2010-cu ilin fevralında Bakıda səfərdə olarkən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla (sağda) görüş zamanı.
Arxiv foto: İstrailin Xarici İşlər naziri Avigdor Lieberman (solda) 2010-cu ilin fevralında Bakıda səfərdə olarkən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla (sağda) görüş zamanı.
İsrailin xarici işlər naziri Avigdor Lieberman Azərbaycanda rəsmi səfərdədir. O, aprelin 23-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

XİN-in yaydığı məlumatda deyilir ki, görüşdə 2 ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Həmçinin, Azərbaycanla İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb.

İsrailli rəsmi Azərbaycanı BMT Təhlükəsizlik Şurasında görməkdən məmnun olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ BAKIDA SƏFƏRDƏDİR

İsrailin xarici işlər naziri Avigdor Lieberman Bakıda səfərdədir, o, İranın şimal sərhədində yerləşən strateji ölkənin rəhbərliyi ilə görüşlər keçirəcək.

Liberman 2010-cu ildə də Azərbaycanda olub. Bu, onun ikinci səfəridir. Bu səfərdən düz bir ay əvvəl ABŞ-ın «Foreign Policy» dərgisi yazdı ki, İsrail İrana mümkün hücum üçün Azərbaycanın hava limanlarında birini alıb. Ancaq hər iki ölkə bu məlumatı təkzib etdi.

«The Jerusalem Post» yazır ki, Avigdor Lieberman Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazirini müavini Yaqub Eyyubov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşəcək

Lieberman hazırda çiçəklənmə dövründə olan Azərbaycan-İsrail münasibətlərinin 20 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edəcək.

Azərbaycan İsrailin neft ehtiyacının böyük hissəsini ödəyir. Bu ilin fevralında Azərbaycanın İsraildən 1.6 milyard dollarlıq silah alması barədə xəbərlər yayılıb. İsraillə çəkişmədə olan Iran bundan narahat olsa da Azərbaycan rəsmiləri həmin silahıların İrana qarşı yönəlmədiyini bildiriblər.

Martda isə Azərbaycan rəsmiləri İrana casusluqda təqsirli bilinən 22 nəfəri saxladığını bildirib.

İran isə Azərbaycanı suçlayıb ki, ölkədə nüvə alimlərini qətlə yetirməkdə İsrailə kömək edib. Liebermanın səfərindən bir neçə gün əvvəl kənd təsərrüfatı naziri Orit Noked Azərbaycanda olub.

İsrailin Xarici İşlər nazirinin Bakıya rəsmi səfəri iki gün davam edəcək. Avigdor Lieberman Bakıdan İsveçrəyə gedəcək.


XS
SM
MD
LG