Azərbaycanın tanınmış rejissoru Tariyel Vəliyev 68 yaşında vəfat edib.
APA-nın yaydığı xəbərə görə, aprelin 10-da bağırsağından cərrahiyyə əməliyyatı olunan T. Vəliyevin vəziyyəti üç gün sonra pisləşib.
O, əməliyyatın ilk günlərində özünü yaxşı hiss etsə də, sonradan bütün orqanları sıradan çıxıb.
Tariyel Vəliyev 1944-cü il fevralın 24-də İmişli rayonunda anadan olub.
Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.
Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru kimi başlayıb, 1972-ci ildən isə televiziya rejissoru çalışıb.
Bu illər ərzində o, bir sıra televiziya tamaşalarının, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub.
Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının-- Aslan Qəhrəmanovun «Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz» tamaşalarının quruluşçu rejissoru olub.
İsi Məlikzadənin «Qaranquş yuvası», Seyid Hüseynin «Məhəbbət macərası», Əzizə Əhmədovanın «Pəncərədən işıq», İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən», Vaqif Səmədoğlunun «Yaşıl eynəkli adam-1», Anarın «Evləri köndələn yar» teletamaşalarını çəkib.
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyi ilə bağlı «Xalqa həsr olunmuş ömür» televiziya verişinin, Qurtuluş günü ilə bağlı «Xilas günü», eləcə də «Heydər Əliyev-75»in quruluşçu rejissoru olub.
1988-ci ildən etibarən ADMİU-da müəllim, sonradan «Kinoşünaslıq» kafedrasının müdiri, indiyədək isə «Televiziya rejissoru» kafedrasının müdiri vəzifəsində çalışıb.
Mərhum bu gün – aprelin 24-də Əhmədli kənd qəbiristanlığında dəfn olunacaq.