Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:26

Lerikdə göl məcrasından çıxıb, həyətyanı sahələri su basıb


Lerik rayonunun Rvarud kəndi ərazisindəki göl məcrasını aşıb.

APA-nın məlumatına görə, hadisə ötən gecə saat 4.00 radələrində qeydə alınıb. Gölün suyu ətrafdakı evlərin həyətyanı sahələrini basıb. Mövcud vəziyyət barədə müvafiq qurumlara məlumat verilib.

Hadisə yerinə təcili olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, kənddə 4 fərdi yaşayış evinin həyətini su basıb, bir evin içərisi isə tamamilə su ilə dolub və oradakı əşyalara ziyan dəyib. Hazırda aidiyyatı qurumlar hadisə yerində qəzanın fəsadlarını aradan qaldırmaqla məşğuldur. Gölün hansı səbəbdən daşması faktı dəqiqləşdirilir.
XS
SM
MD
LG