Azərbaycan ordusunun zabiti cəbhə xəttində yaralanıb.
ANS-in məlumatına görə, hadisə cümə axşamı saat 19.00 radələrində Ağdam-Ağcabədi istiqamətində baş verib.
Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altında olan Yusifcanlı kəndindən
Azərbaycan ordusunun Ağcabədinin yuxarı Qiyamadınlı kəndi ərazisindəki mövqelərini atəşə tutması nəticəsində Milli Ordunun zabiti Vaqif Abdullayev yaralanıb.
O, 2 güllə yarası alıb.
Hələlik zabitin vəziyyəti barədə ətraflı məlumat verilmir.