Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

MM-də Şuşanın işğalının 20-ci ildönümü müzakirə olunub


Milli Məclisin mayın 1-də keçirilən iclasında Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı müzakirələr keçirilib.

Parlamentin vitse-spikeri Bahar Muradova beynəlxalq təşkilatların Azərbaycana və Ermənistana fərqli münasibət göstərdiyini deyib. Bildirib ki, «Dünya Azərbaycanı hərbi gücünü artırmaqda günahlandırır. Biz erməniləri Dağlıq Qarabağdan çıxartmağa yox, azərbaycanlıları ora qaytarmaq barədə düşünürük».

Deputat Fəzail Ağamalı isə deyib ki, Şuşa və Azərbaycanın işğal altındakı digər torpaqları yalnız müharibə yolu ilə azad edilə bilər. «ATƏT-in Minsk qrupu da bu illər ərzində heç bir iş görməyib».

Deputat Zahid Oruc bildirib ki, Azərbaycanı anti-İran blokuna qoşmaq istəyirlər. «Bu təzyiqlər «Eurovision»la bağlı plan deyil. «Eurovision» olmayandan sonra da bu təzyiqlər olacaq. Kəşf olunan qaz yataqlarını Avropanın xeyrinə yönəltmək istəyən qüvvələr var. Rusiya ilə iqtisadi əlaqələrin azalmasına çalışan qüvvələr var. Azərbaycana qarşı olan təzyiqlər də buna görədir».

Zahid Oruc deyib ki, Azərbaycanın müharibə aparmaq üçün 45 milyard dollar pulu var. «Azərbaycanın beynəlxalq aləmdə bir az da nüfuzu artsa, öz torpaqlarını işğaldan azad edə bilər».
XS
SM
MD
LG