Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına dair razılaşma imzalanıb


Barack Obama və Hamid Karzai strateji tərəfdaşlığa dair müqavilə imzalayır.
Barack Obama və Hamid Karzai strateji tərəfdaşlığa dair müqavilə imzalayır.
Mayın 1-də axşam ABŞ prezidenti Barack Obama ilə Əfqanıstan prezidenti Hamid Karzai Kabildə strateji tərəfdaşlığa dair müqavilə imzalayıb. Bu sənəd 2014-cü ildən - Amerika qoşunları Əfqanıstanı tərk edəndən sonrakı dövrdə münasibətlərin tənzimlənməsini nəzərdə tutur.

Sənədə görə, ABŞ 2014-cü ildə Əfqanıstandan qoşunlarını çıxarandan sonra 10 il ərzində Əfqanıstana hərbi və maliyyə yardımı edəcək. Bundan başqa 2014-cü ildən sonra bir qrup ABŞ hərbiçisi Əfqanıstanda qalacaq. Onlar yerli orduya təlim keçəcək və Əl-Qaidə terror təşkilatına qarşı əməliyyat aparacaqlar.

Sənəddə bildirilir ki, Əfqanıstan NATO üzvü olmayan ölkələr arasında ABŞ-ın əsas müttəfiqidir.

Obama Əfqanıstanın Baqram əyalətində yerləşən ABŞ-ın hərbi hava bazasına baş çəkib, oradakı hərbiçilərlə də görüşüb.

ABŞ prezidenti Əfqanıstanı tərk edəndən bir neçə saat sonra - mayın 2-də Kabildə partlayış olub. İki partlayış nəticəsində 6 adam ölüb. Yaralananlar da var. Partlayışlardan birini intiharçı törədib. Partlayışlara görə cavabdehliyi Taliban üzərinə götürüb.
XS
SM
MD
LG