Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:21

Bakı şəhər İcra Hakimiyyəti mitinq üçün yenə Bibiheybəti göstərdi


Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya yenə «20-ci sahə»də mitinq keçirməyi məsləhət görüb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Mayın 3-də icra hakimiyyətindən İP-nin mitinq müraciətinə verilən cavabda Bibiheybət qəsəbəsi, «20-ci sahə», sürücülük məktəbinin həyətindəki meydan təklif edilib.

Məktubda İP-nin aprelin 7-də keçirmək istədiyi piketə isə meriya icazə verməyib.

İctimai Palata indiyə qədər qeyd olunan ünvanda iki dəfə şəhər icra hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib.

Amma bu dəfə İctimai Palata mitinqi metronun «Dərnəgül» stansiyası, Nərimanov parkı və ya «Təbriz» kinoteatrının qarşısında keçirməyi planlaşdırırdı.

G.Aslanlı deyir ki, İP bu məsələyə münasibətini Koordinasiya Şurasının növbəti toplantısında açıqlayacaq.
XS
SM
MD
LG