Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:04

Ermənistanda bülletenlərdən ölmüş adamların adları çıxıb


Ermənistan müxalifəti ölkədə keçirilən parlament seçkisində pozuntulara yol verildiyini deyir.

İnterfaks agentliyi seçkini müşahidə edən müxalifət fəalının döyülməsi barədə məlumat daxil olduğunu xəbər verir.

Həmçinin hüquq mühavizə orqanları seçki siyahılarında ölmüş adamların adları aşkar edildiyini və siyahıdan çıxarıldığını deyirlər.

Seçkidən sonra ölkədə yeni hökumət yaradılmalıdır.

Bülletenlərdə 8 partiya və 1 blok var.

Əsas mübarizə hakim kolaisiya ilə müxalifətdə olan “Milli konqres” arasında gedir.

Rəy sorğuları hakim koalisiyanın qalib gələcəyini göstərir.

Hakimiyyət seçkinin azad və ədalətli olacağını vəd edib.

Həmçinin seçicilərdən biri Mirzoyan seçkinin şəffaf olacağına ümidlə yanaşdığını deyib.

Səs

Başqa bir seçici Marina Gevorkyan da bu fikirdədir.

Səs.

Seçkinin gedişini 300-dən çox beynəlxalq müşahidəçi izləyir.
ATƏT 2007-ci ildə keçirilmiş parlament seçkisinin beynəlxalq standartlara cavab vermədiyini bəyan etmişdi.
XS
SM
MD
LG