Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 04:14

Polis Moskvanın mərkəzində icazəsiz aksiyaları dağıdıb [VIDEO]


Moskvada polis müxalifət fəllarını saxlayıb
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Moskvada polis müxalifət fəllarını saxlayıb

Bolotnaya meydanında polis aksiyanı dağıdıb.

Rusiyanın Daxili İşlər Nazirliyi azı 400 aksiyaçının saxlandığını xəbər verir.

Nazirlik onların milyonların yürüşündə iştirak edən aksiyaçılar və metronun “Teatralnnaya” stansiyasında hərc-mərclik salmaq istəyən millətçilər olduğunu deyir.

Müxalifət liderləri Sergey Udaltsov, Aleksey Navalny və Boris Nemtsov da həbs olunanlar arasındadır.

AzadlıqRadiosunun müxbiri və ictimai fəallar polisin aksiyaçılarla olduqca amansız davrandığını deyirlər.

Rusiyanın xəbər agentlikləri həmçinin toqquşmalarda 12 polis əməkdaşının xəsarət aldığını xəbər verirlər.

Toqquşma polis körpüdə oturaq aksiya keçirən nümayişçiləri dağıtmaq istəyərkən baş verib.

Aksiyaçıların qəzəbinə səbəbsə hakimiyyətin körpünü bağlaması, onları meydana buraxmaması olub.

Həmçinin Rusiyanın bir çox şəhərlərində “Milyonların yürüşü”-nə dəstək olaraq aksiyalar keçirilib.

Öz növbəsində Putinin bir neçə min tərəfdarı “Qələbə” parkında icazəsiz aksiya keçiriblər.

Amma şəhər rəhbərliyi deyir ki, onlara icazə gərək deyil, çünki onlar nümayişə yox, mədəni tədbirə çıxıblar.

Polis kütləvi hərc-mərcliyə çağırış və hakimiyyət nümayəndələrinə qarşı zor işlətmək maaddələriylə cinayət işi açıb.


***
Moskvanın Manejnaya meydanı yaxınlığında da polis müxalifətin icazəsiz aksiya keçirmək cədinin qarşısını alıb.

AzadlıqRadiosu rus xidmətinin hadisə yerində olan müxbirinin məlumatına görə, polis aksiyaçılarla olduqca amansız davranıb.

Aksiyaçılar Manejnaya meydanında çadır düşərkəsi salmaq və sabahadək, prezident seçilmiş Vladimir Putinin andiçmə mərasiminədək meydanda qalmaq istəyiblər.

Polis istənilən icazəsiz aksiyanın dağıdılacağını bəyan edib.

Aksiyaçılar “Oğrunu Kremlə buraxmayacağıq” şüarları səsləndiriblər.
XS
SM
MD
LG