Azərbaycanda «birinci xanımlar» deyəndə, daha çox indiki prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva haqqında danışılır. Müşahidəçilər deyirlər ki, Əliyevaya qədər digər prezidentlərin xanımları bu və ya digər səbəblərdən üzdə olmadıqlarından fəaliyyətləri də gözə dəymirdi.
Keçmiş prezidentlərin xanımları indi nə ilə məşğuldurlar? Həyat yoldaşlarının prezidentlik dövründə hansı rol oynayırdılar?
İLK BİRİNCİ XANIM - ADİLƏ MÜTƏLLİBOVA
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 1991-ci ildən 1992-ci ilə qədər həmin postda olub. Həyat yoldaşı Adilə Mütəllibova ixtisasca həkimdir. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşayır. Keçən ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamır. Keçən il Baklıya gələndə də media ilə əlaqə saxlamamışdı.
Mütəllibovun ailə dostu, Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyir ki, Ayaz Mütəllibov prezident olduğu dövrdə Adilə Mütəllibova əsasən xeyriyyəçiliklə məşğul olub. Gəncliyində həkim işləyib. Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işləməyib. Hazırda da işləmir:
«Ayaz müəllimin həyat yoldaşı Adilə xanım Moskvada, Ayaz müəllimin yanındadır. Əsas işi də Ayaz müəllimə qulluq eləməkdir. Ayaz müəllim ona, o da Ayaz müəllimə qulluq eləyir».
İKİ AYLIQ BİRİNCİ XANIM
1992-ci ildə Əbülfəz Elçibəy prezident seçilməmişə qədər Ali Sovetin ovaxtkı sədri İsa Qəmbər 2 ay - may-iyun aylarında prezident səlahiyyətlərini icra edib. İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər (Bağırova) deyir ki, həmin vaxtda Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışırmış:
«Həmin dövrdə respublikada son dərəcə mürəkkəb bir durum mövcud idi. Həmin bu vəziyyətdə də rəsmi işlər öndə deyildi. Həmin o birinci təmsilçilik statusu kimi birinci xanımın fəaliyyəti çox məhdud idi. Ancaq bir şeyi qeyd etmək istəyirəm - hətta Elçibəy özü prezident olandan sonra xahiş etmişdi ki, mən müəyyən müddət üçün birinci xanım statusunu davam edim. Sonrakı dövrlərdə də ziyafətlərdə, dövlət tədbirlərində birinci xanım statusundakı fəaliyyətimi yenidən davam etdirirdim».
Aida Qəmbər deyir ki, onun bu fəaliyyəti AXCP iqtidarının sonuna qədər davam edib.
Aida Qəmbər 1993-cü ildən Bakı Dövlət Universitetində işləyir. Tarix fakültəsinin dosentidir. Həm tədris, həm də elmi fəaliyyətlə məşğuldur:
«Eyni zamanda müxalifət liderlərinin qatıldığı tədbirlərdə də imkan daxilində yaxından iştirak etməyə çalışıram. Bundan heç vaxt imtina etməmişəm. Çünki mənim üçün müxalifət də dövlət strukturunda təmsil olunan bir institutdur. Bu institutun da daxilində müəyyən fəaliyyət mövcuddur. Bu fəaliyyətlərdən də biri odur ki, həm müxalifət liderinin xanımı kimi təmsil olunaq, həm də Azərbaycanı da təmsil etmək təcrübəsini əldə etmiş olaq».
ƏBÜLFƏZ ELÇİBƏYİN HƏYAT YOLDAŞI HƏLİMƏ ƏLİYEVA
1992-ci ildən 1993-cü ilə qədər Azərbaycanın ikinci prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva isə Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Aida Qəmbər deyir ki, bu, həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub.
Yazıçı Ədalət Tahirzadə «Elçibəylə 13 saat üz-üzə» adlı kitabında bu haqda Elçibəyə sual verib. Elçibəyin cavabı belə olmuşdu:
«Bir çox adamlar məni tənqid edir ki, niyə uşaqları (həyat yoldaşı Həlimə xanımı nəzərdə tutur - Ə.T.) xarici ölkələrə, yaxud hansısa yığıncağa, tədbirə aparmadın? Bilirsiniz, ölkənin vəziyyəti ağır olanda, xalq belə işlərə xüsusən pis baxır və onun buna haqqı var. Ölkənin belə günündə, üzr istəyirəm, arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir? Mən düşünürdüm ki, xalq xoşbəxt olsun, sonra biz də istədiyimiz kimi sərbəst yaşayarıq».
Hazırda Həlimə Əliyeva mətbuatla əlaqə saxlamır. Elçibəyin ailəsinə yaxın mənbənin dediyinə görə, o, evdar, qonaqpərvər və sadə qadındır. Heç vaxt işləməyib, hazırda da işləmir. İki nəvəsinin tərbiyəsi ilə məşğul olur.
BİRİNCİ XANIM İNSTİTUTUNUN İLK DAŞLARI
Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Əli Abbasov deyir ki, sovet dövründə ölkədəki birinci şəxsin həyat yoldaşlarının heç bir rolu yox idi. İlk dəfə Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova cəmiyyətdə görünməyə başladı və elə də yaxşı qəbul olunmadı. Ancaq sonradan vəziyyət dəyişsə də, müstəqilliyin ilk dövrlərində də Azərbaycanda prezidentlərin həyat yoldaşları cəmiyyətdə çox görünmürdü. Əli Abbasov deyir ki, hazırda Azərbaycanda birinci xanım statusunun ilk daşları qoyulmaqdadır:
«Azərbaycanda bu ənənə təzədir. Bu, çox müsbət bir haldır. Ümumiyyətlə, birinci ledilər siyasətlə yox, humanitar işlərlə məşğul olur. Bizdə isə birinci xanım həm humanitar fəaliyyətlə, həm də deputat kimi siyasi işlərlə məşğul olur. Bəzi ölkələrdə bu praktika da var. Ona görə də nəinki bizdə, UNESCO, ISESCO kimi beynəlxalq təşkilatlarda da bu fəaliyyət müsbət qəbul olunur. Demək olar ki, birinci ledinin reytinqi bizim cəmiyyətdə böyükdür».
SON 10 İLİN BİRİNCİ LEDİSİ...
Mərhum Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə, onun həyat yoldaşı Zərifə Əliyeva artıq vəfat etmişdi. Heydər Əliyev prezidentliyinin ilk dövründə tədbirlərdə qızı Sevil Əliyeva ilə birlikdə görünürdü. Sonradan isə əsasən oğlu İlham Əliyev, gəlini Mehriban Əliyeva nəvələri ilə görünməyə başladı.
2003-cü ildən ölkənin birinci xanımı olan Mehriban Əliyeva isə həm parlament üzvü, həm də Heydər Əliyev Fondunun prezidentidir. Bundan başqa o, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.