Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:49

Dünyada seçkilər və Azərbaycan… [Video]


Dünyada seçkilər və Azərbaycan…
Gözlə

No media source currently available

0:00 0:55:15 0:00
Direct-ə keçid

Fransadakı, Ermənistandakı seçkilər, eləcə də Rusiyanın yeni prezidenti Vladimir Putinin xarici siyasəti barədə politoloqlar Elşən Manafov, Elxan Şahinoğlu və Hikmət Hacızadə danışırlar.

«Francois Hollande'nin Türkiyəyə və Cənubi Qafqaza baxışı Sarkozy'nin baxışından elə də fərqlənmir»

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Elxan Şahinoğlu «Dünyadakı seçkilər və Azərbaycan» mövzusunda danışarkən deyib.

«Francois Hollande da Nicolas Sarkozy kimi ermənilərə söz verib ki, «erməni soyqırımı»nı inkar edən qanunu yenidən parlamentin müzakirəsinə çıxaracaq. Bu baxımdan mən ondan Dağlıq Qarabağla və Cənubi Qafqazdakı digər münaqişələrin həlli ilə bağlı fərqli yanaşma gözləmirəm».

E.Şahinoğlu deyir ki, Fransanın və Qərbin Dağlıq münaqişəsi ilə bağlı fəallığı getdikcə azalmaqdadır:

«Jacques Chirac'ın prezidentliyi dövründə Azərbaycanın xeyrinə olmasa da, bir fəallıq var idi. Sarkozy`nin dönəmində isə bu işlərə heç bir maraq olmadı. Hətta Sarkozy Gürcüstan-Rusiya münaqişəsində fəallıq göstərdi. İndi belə bir problem yaransa, inanmıram ki, Hollande Sarkozy qədər aktiv olacaq».
Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Politoloq Hikmət Hacızadə isə deyir ki, Sarkozy'nin Türkiyə və Azərbaycana münasibəti düzgün olmasa da, onun məğlub olması təəssüf doğurur:

AVROSOSİALİZM FRANSANI ZƏİFLƏDİR

«Ölkəni bürümüş avrososializm Fransanın rəqabət gücünü azaldır, inflyasiya, müftəxorluq yaradır və ölkəni beynəlxalq siyasətdən kənarlaşdırırdı. Jacques Chirac bunun qarşısını almaq istəsə də, müvəffəq olmadı. Sarkozy isə böyük addımlar atdı. Fransanı NATO-ya qaytardı və kapitalist liberal islahatlar apardı. Bu isə ağrıverici prosesdir».

H.Hacızadənin fikrincə, Sarkozy kimi adamlar həm Fransaya, həm də bütün dünyadakı sosializmlə dolu ölkələrə lazımdır.

Politoloq Elşən Manafov bununla razılaşmayaraq sosializmin mövqeyinin müftəxorluq olmadığını bildirir. O deyir ki, Sarkozy'nin islahatları uğursuz olduğundan onun məğlubiyyəti gözlənilən idi.

PUTİNİN QƏRBLƏ BAĞLI SİYASƏTİ DƏYİŞMƏYƏCƏK
Hikmət Hacızadə
Hikmət Hacızadə

Rusiyadakı prezident seçkilərinə də toxunan Hikmət Hacızadə deyir ki, Vladimir Putinin Qərblə bağlı siyasəti dəyişməyəcək:

«Putinin siyasəti ondan ibarətdir ki, Qərb bura yaxınlaşmasın. İndiyə qədər Qərblə Rusiya arasında bu barədə anlaşma yoxdur. Amma ola bilsin ki, Putinin dövründə Qərblə Rusiya arasında böyük danışıqlar getsin. Bura həm İran məsələsi, demokratiya, silah alveri, həm də regional konfliktlər daxil ola bilər...».

Politoloq Elşən Manafov Ermənistandakı parlament seçkiləri haqda danışarkən bildirib ki, bu ölkə Rusiyadan asılı olduğundan seçkilərdə böyük saxtakarlığın olacağı da birmənalı idi.

«Ermənistan hər hansı resurslara və imkanlara malik olmadığından manevr etmək imkanı da məhduddur. Rusiyanın həm iqtisadi, həm də hərbi resurslar baxımından ciddi şəkildə təsir imkanları var. Ermənistanda hakimiyyətdə məhz Qarabağ dalğası üzərindən hakimiyyətə gələn siyasi qüvvə qalacaq».

E.Manafov deyir ki, Ermənistanda sağlam düşüncəyə malik olan seçiciləri də bu problem düşündürür, lakin onlar iqtidarı hakimiyyətdən kənarlaşdırmaq üçün ciddi resurslara malik deyillər.

Müzakirəni tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG