Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:23

Adam Sterling: Sərbəst toplaşmaq hüququ bütün vətəndaşlara şamil edilməlidir


Adam Sterling
Adam Sterling
«ABŞ toplaşmaq azadlığı mövqeyinə sadiqdir. Hər bir vətəndaşın bu azadlığı təmin olunmalıdır».

Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling jurnalistlərin sualına cavabında bildirib:

«Biz həm fərdi görüşlərimizdə, həm də ictimai görüşlərdə, məsələn, Konqresə verdiyimiz hesabatlarda bu məsələni qaldırırıq. Diplomat olaraq bizim vəzifəmiz ictimaiyyətin bütün nümayəndələri ilə görüşlərdən ibarətdir. Biz onların öz siyasi hüquqlarından istifadə etmək cəhdlərini diqqətlə izləyirik».

«ABŞ «Amnesty International»ın Azərbaycan hakimiyyətini vicdan məhbuslarını azad etmək çağırışına qoşulurmu» sualına cavabında isə A.Sterling deyib ki, bu müraciətin mətni ilə tanış deyil:

«Amma şübhəsiz, ABŞ hər zaman bütün dünyada siyasi məhbusların azad edilməsinə çalışır».
XS
SM
MD
LG