Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:42

İtaliyada yenidən “danışılmış oyunlar” qalmaqalı


İtaliya Futbol Federasiyası mayın 8-də bildirib ki, 22 futbol klubu və 61 şəxs ilə bağlı araşdırmaya başlayır. Amma ad çəkməyib.

Onlar danışılmış oyunlarla bağlı son qalmaqala görə federasiya tərəfindən sorğu-sual ediləcək.

Hazırda 33 oyunun nəticəsi təftiş edilir. Onların 29-u B seriyasındadır. A seriyasındakı oyunlardan söhbət getmir.

Ötən il A seriyasında danışılmış oyunlarla bağlı qalmaqalda 30 nəfər həbs edilmişdi.

O cümlədən “Atalanta”nın keçmiş kapitanı Cristiano Doni və “Lazio”nun keçmiş kapitanı Giuseppe Signori.
XS
SM
MD
LG