Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:29

Beynəlxalq QHT koalisiyası AYB-ni Azərbaycan hakimiyyətinə təsir göstərməyə çağırıb


Foto arxiv
Foto arxiv
Beynəlxalq Qeyri-hökumət Təşkilatları koalisiyası Avropa Yayım Birliyini Eurovision mahnı müsabiqəsi ərəfəsində Azərbaycan hakimiyyətinə təsir göstərməyə çağırıb.

Söhbət ölkədə əsas insan hüququ və azadlıqların təmin edilməsindən gedir.

Koalisiyanın mayın 7-də yaydığı bəyanatda AYB-nin mayın 2-də Cenevrədə ifadə azadlığı ilə bağlı keçirdiyi seminar tənqid edilir.

Bəyanatda qeyd olunur ki, tədbirdə Azərbaycanın nümayəndə heyəti əsasən hakimiyyət nümayəndələrindən ibarət olub.

Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov öz opponentlərinin çıxışlarını tənqid edərək onları faktları təhrif etməkdə, beynəlxalq təşkilatlara yalan məlumat verməkdə ittiham edib.

Bundan başqa əvvəldə elan olunsa da, azərbaycanlı hüquq müdafiəçisinə söz verilməyib.
Bəyanatda daha sonra qeyd olunur ki, Eurovision Avropa Yayım Birliyi və beynəlxalq təşkilatlara Azərbaycan hakimiyyətindən mətbuat azadlığı məsələləri ilə bağlı konkret nəticələr tələb etmək üçün imkanlar yaradır.

Həmin tələblərə bunlar daxildir: - Peşə fəaliyyətinə görə həbsdə olan altı jurnalist də daxil olmaqla, siyasi məhbusların dərhal azadlığa buraxılması;-Diffamasiyanın dekriminallaşdırılması;-Tənqidi səslərin siyasi motivlə təqib olunmasına son qoyulması; və jurnalistlərə hücum faktlarının hərtərəfli araşdırılması.

Turanın məlumatına görə, bəyanatı Amnesty International, ARTICLE 19, Human Rights Watch və digər qurumlar imzalayıb.
XS
SM
MD
LG