Mərc gəlirik ki, bu müqayisə çoxumuzun xeyrinə olmayacaq.
Çünki virtual dünya sakinlərinin əksəriyyətinin diqqəti məzmuna yönəlir. Sosial mediaların təklif etdiyi texniki yeniliklərdən heç də hamı tam gücü ilə faydalanmır.
Müxtəlif səbəblərdən - kimi yeniliklərin açıqlandığı xarici dilləri bilmir, kimi öyrəncəli olduğu rutinləri dəyişmək istəmir, kimin isə texniki detallara varmağa sadəcə vaxtı və ya hövsələsi çatmır.
Mayın 11-də AzadlıqFM-in studiyasına gələn bloqqer Əli Novruzov 1 saat ərzində AzadlıqRadiosu dinləyicilərinin və «Facebook» əhlinin sosial mediaların istifadısi haqda suallarına cavab verdi.
- Facebook hesabınızda “account setting” ya da “private setting” düymələrindən tənzimləməklə divarıə bağlamaq olar. Umiyyətlə, təklif edərdim ki, bu düymələr vasitəsilə “facebooku necə təhlükəsiz etmək olar”, “sizin hesabınıza hardan və necə daxil olub” və kimi suallara cavab tapmaq olar.
Əli Novruzovun Facebook məsləhətlərini və digər suallara cavabları tapmaq üçün mütləq bu verilişi dinlə.
Çünki virtual dünya sakinlərinin əksəriyyətinin diqqəti məzmuna yönəlir. Sosial mediaların təklif etdiyi texniki yeniliklərdən heç də hamı tam gücü ilə faydalanmır.
Müxtəlif səbəblərdən - kimi yeniliklərin açıqlandığı xarici dilləri bilmir, kimi öyrəncəli olduğu rutinləri dəyişmək istəmir, kimin isə texniki detallara varmağa sadəcə vaxtı və ya hövsələsi çatmır.
Mayın 11-də AzadlıqFM-in studiyasına gələn bloqqer Əli Novruzov 1 saat ərzində AzadlıqRadiosu dinləyicilərinin və «Facebook» əhlinin sosial mediaların istifadısi haqda suallarına cavab verdi.
Facebokda spam problemi ilə bağlı Əli Novruzov təklif edir ki, belə problem varsa, divarı bir müddət bağlamaq lazımdır. Necəsini belə izah edr
- Facebook hesabınızda “account setting” ya da “private setting” düymələrindən tənzimləməklə divarıə bağlamaq olar. Umiyyətlə, təklif edərdim ki, bu düymələr vasitəsilə “facebooku necə təhlükəsiz etmək olar”, “sizin hesabınıza hardan və necə daxil olub” və kimi suallara cavab tapmaq olar.
- “Timeline” rejimini köhnə Facebook görüntüsünə dəyişmək olarmı?
- Yox, çünki Facebook profillərin timeline-nin əvəz etməsi ilə bağlı qərar verib. Amma Facebookun bir brazuer əlavəsini öz kompüterinə yükləyə bilərsən. Sənin brazuerində Facebookun görünüşü dəyişəcək. Ancaq bu zaman da virtual dostların sənin səhifəni “timeline” rejimində görəcək. Necə deyərlər, “timeline”lə barışmalısan. Başqa əlacın yoxdur.
- Bir dinləyicimiz yazır ki, Facebookdan istifadə etmək istəyirəm, amma vaxt itirməkdən qorxuram. Necə edə bilərəm ki, şəbəkədən səmərəli istifadə edə bilim?
- Səmərə və Facebook antonimdir.
- Hamıya göndərilən mesajda söhbəti tərk etmək mümkündürmü?
- Bəli. Mesajda yuxarıda “actions” deyilən bölmə var, orda “söhbəti tərk etmək” funksiyası var.