NATO-nun Baş katibi Anders Fogh Rasmussen Rusiyanın Avropada raketdən müdafiə sistemləri qurmaq planlarından narahat olmadıqlarını bildirib.
Bu yaxınlarda Rusiya rəsmilərindən biri deyib ki, ABŞ-ın Avropada raketdən müdafiə sistemləri qurmaq planlarına dair danışıqlar nəticə vermir. Ona görə də Rusiya Kalininqradda özünün belə sistemlərini yerləşdirəcək.
Anders Fogh Rasmussen mayın 11-də deyib ki, bunlar sadəcə olaraq Moskvanın danışıqlarda üstünlük əldə etmək üçün istifadə etdiyi ifadələrdir. O, NATO-nun Avropada yerləşdirmək istədiyi raketdən müdafiə sistemlərinin Rusiyaya heç bir aidiyyatı olmadığını bir daha təkrar edib. Moskva belə sistemləri ölkənin milli maraqlarına zidd hesab edir.