Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Əfsanəvi opera müğənnisi ölüb


Maria Bieshu
Maria Bieshu
Mayın 16-da Moldovanın əfsanəvi opera müğənnisi Maria Bieshu 76 yaşında vəfat edib.

Xəbəri İTAR-TASS yayıb.

Tanınmış müğənninin uzun sürən xəstəlikdən sonra öldüyü bildirilir.

Xanım Marianın bu məqsədlə son illər həm öz ölkəsində, həm də xarici ölkələrdə müalicə aldığı xəbər verilir.

Son iki həftədə xəstənin vəziyyəti kəskinləşibmiş.

Moldovanın Mədəniyyət naziri Boris Foksha opera müğənnisinin vəfatı ilə bağlı imzaladığı başsağlığında onu «böyük aktrisa», «moldov mədəniyyətinin simvolu» adlandırıb.

Maria Bieshu SSRİ xalq artisti, Sovetlərin qısqanclıqla payladığı nüfuzlu mükafatların laureatı idi. Keçmiş SSRİ məkanında ən sayılan müğənnilərdən olan xanım Bieshu ölkənin baş sarayında keçirilən dövlət tədbirlərinin daimi iştirakçısıydı.

Maria Bieshu 1966-cı ildə Yaponiyada keçirilən Miurı Tamakinin xatirəsinə həsr olunmuş 1-ci Beynəlxalq Müsabiqənin qalibi idi. Yaponlar onu «Dünyanın ən yaxşı Çoo-Çio sanı» adlandırmışdılar.

Xanım Bieshu dünyanın ən sayılan teatrlarında - Metropoliten-Operada, Bolşoy Teatrda və s. çıxış etmişdi.

Moldovada hər il böyük müğənninin şərəfinə « Maria Bieshu dəvət edir» adlı Beynəlxalq Opera və Balet Sənəti Ulduzları Festivalı keçirilir.

Əfsanəvi müğənni ilə vida mərasimi mayın 18-də Kişinyovda Müqəddəs Nikolay kilsəsində və Opera və Balet Teatrında olacaq.

XS
SM
MD
LG