Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:34

Avro, qızıl, neft, səhmlər düşür, dollar qalxır


Yunanıstanın üzləşdiyi iqtisadi böhran və İspaniya banklarının problemlərinə görə avro pul vahidinin və dünya bazarlarında səhmlərin qiyməti kəskin düşüb. Asiya və Avropa bazarlarında qiymətlər keçən ilin noyabr ayındakı səviyyəyə enib.

Bugünlər Moody və Fitch reytinq agentlikləri İspaniyanın 16 bankının reytinqini və Yunanıstanın borc reytinqini endirib. Bundan sonra Yunanıstanın ümumiyyətlə avrozonada qala biləcəyi barədə suallar ciddiləşməyə başlayıb.

Avro zəiflədikcə ABŞ dolları da güclənməkdədir.

Cümə günü dünya bazarlarında qızıl və neft də qiymət itirib.
XS
SM
MD
LG