Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:01

Ukraynda ictimai yerlərdə siqaret çəkmək qadağan edilir



Ukrayna parlamenti iyunun 1-dən ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun qəbul edib. Mayın 2-də qəbul edilmiş qanuna görə məktəblər, xəstəxanalar, restoranlar, muzey və ictimai nəqliyyatda siqaret çəkmək qadağandır.

Hotel, yataqxana, hava limanlarında isə yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkmək olar.

Qarşıdakı 10 gündə prezident bu qanunu imzalamalıdır.

Səhiyyə nazirliyinin məlumatına görə Ukraynada yaşı 12-dən yuxarı olan insanların 22 faizi siqaret çəkir.

Ukrayna bu addımı Polşa ilə birlikdə ev sahibliyi edəcəyi futbol üzrə Avropa Çempionatı ərəfəsində atır. Çempionat iyunda başlayır.
XS
SM
MD
LG