Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:29

Barak Obama İlham Əliyevi təbrik edib


ABŞ prezidenti Barak Obama 28 May – Respublika Günü ilə bağlı prezident İlham Əliyevə təbrik ünvanlayıb.

AzərTac-ın yaydığı məlumata görə, Barak Obama təbrik məktubunda ABŞ adından dövlət başçısına və Azərbaycan xalqında təbriklərini çatdırıb. Barak Obama 1918-ci il mayın 28-də Azərbaycanın fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurduğunu vurğulayıb:

«Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşayıb və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırıb. Bu il biz, eyni zamanda, ABŞ və Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik. 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim. Bütün Azərbaycan xalqına dinc və firavan il diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm».
XS
SM
MD
LG