BMT və Ərəb Liqasının xüsusi vasitəçisi Kofi Annan Bashar Assad rejimini ölkədəki böhranı ancaq sülh yoluyla həll etmək üçün qəti addımlar atmağa çağırıb. Asadla görüş.dən bir gün əvvəl, mayın 28-də verdiyi açıqlamada Anna Houla kəndində çoxu qadınlar və uşaqlar yüzdən çox adamın qırılması faktından dəhşətə gəldiyini bildirib. Müşahidəçilərin sözlərinə görə, ölənlərin çoxu tank və artilleriya atəşindən ölüb.
Suriyanın müxaliflər olan yaşayış məskənlərinin bəzilərinin hökumət qoşunları tərəfindən atəşə tuduğu bir vaxtda Britaniya və Rusiya Xarici İşlər nazirləri William Hague və Sergei Lavrov Suriya rəhbərliyinə təzyiqi artırmaq üçün razılıq əldə ediblər.
Moskvada keçirilən görüşdən sonra nazirlər bildiriblər ki, Houlada 108 nəfərin öldüyü qırğından sonra Dəməşqin qoşunlar və döyüş texnikasını yaşayış məntəqələrindən geri çəkməyinin vacibliyini düşünürlər.
Lavrov deyib ki, BMT-Ərəb Liqasının sülh planının ən vacib elementlərindən biri də budur. Ancaq Rusiyalı nazir Britaniyalı həmkarının Suriya prezidenti Bashar Bashar al-Assadi istefaya dəvət etməsi çağırışını dəstəkləməyib. Deyib ki, zorakılığın dayandırılması hakimiyyətin kimin əlində olmasından daha vacibdir. Və bütün tərəfləri zorakılığı dayandırmağa və siyasi danışıqlara başlamağa çağırıb.