Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

Türkiyəli naşir Ermənistanın dövlət mükafatını qəbul edib


Ragip Zarakolu Yerevanda Prezident Sarayında çıxış edərkən.
Ragip Zarakolu Yerevanda Prezident Sarayında çıxış edərkən.
-



Mayın 29-da Ermənistanın paytaxtı Yerevanda Türkiyə naşiri Ragip Zarakoluya bu ölkənin dövlət mükafatı təqdim edilib. Ermənistan prezidenti Serzh Sarkisian mərasimdə bildirib ki, Zarakolu Osmanlı İmperiyası dövründə Türkiyə ərazisində “erməni soyqırımı”nın dünyada tanıtmaq istiqamətində “əhəmiyyətli töhfələrinə” görə bu mükafata layiq görülüb.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə Sarkisian Zarakolu ilə yanaşı 20-dən artıq erməni alimi, yazıçısı və aktyorlarını da mükafatlandırıb.

63 yaşlı Ragip Zarakolu bundan əvvəl də Türkiyədə terrorçu Kürd İşçi Partiyasına – PKK-ya yardımda ittiham olunaraq bir neçə dəfə həbs edilmişdi.

O, Yerevanda Prezident Sarayında keçirilən mərasimdə də Türkiyənin “erməni soyqırımı”nı tanımalı olduğunu deyib:

- Türkiyə tarixi həqiqətləri qəbul etməlidir. Yalnız bununla Türkiyə özünə hörmət qazana bilər.

Zarakolu 2011-ci ildə də Yerevana səfəri zamanı Erməni Milli Kitabxanasının mükafatını almışdı. O, həmin dövlət kitabxanasına çox sayda kitablar bağışladığı üçün təltif edilmişdi.

Türkiyə Osmanlı İmperiyası dövründə bu ölkədə ermənilərə qarşı soyqırımı olması barədə iddiaları rədd edir. Ankara bildirir ki, I Dünya müharibəsi illərində xarici güclərin əlində alətə çevrilən Türkiyə erməniləri hökumətə qarşı çıxışlar edib, vətəndaş qarşıdurmasında hər iki tərəfdən insanlar həlak olublar.
XS
SM
MD
LG