«Bizdə
«Amateur Gourmets-Həvəskar Qurmanlar» bloqunun yaradıcıları, özlərinin təqdimatında desək, «yeyib içən oğlanlar» belə deyir.
2011-ci ilin noyabrdan etibarən Bakıdakı kafe və restoranların izinə düşən bloqqerlər ziyarət etdikləri restoran və kafelər barədə müşahidələrini ingilis və Azərbaycan dilində yazırlar. Deyirlər ki, qiymətləndirməni məkan və atmosferə, məhsulun keyfiyyəti və dadına, məhsulun qiyməti və bu qiymətə dəyərliliyinə görə müəyyənləşdirirlər.
Bloqqerlər deyir ki, Həvəskar Qurmanlar bloquna 7 ay ərzində 31 ölkədən 5000-ə yaxın ziyarətçi daxil olub. Bloqqerlər haqqında yazdıqları restoranları da yazılardan xəbərdar edirlər. Dediklərinə görə, haqqında yazılan restoranlardan müsbət reaksiya alırlar.
Verilişi tam olaraq buradan dinləyə bilərsən.
servis ofisiantın, aşpazın əhvalından asılı olduğu üçün restorana hər dəfə gedəndə, eyni yeməyi sifariş etsəniz də, fərqli dadla, fərqli servislə qarşılaşa bilərsiz».«Amateur Gourmets-Həvəskar Qurmanlar» bloqunun yaradıcıları, özlərinin təqdimatında desək, «yeyib içən oğlanlar» belə deyir.
2011-ci ilin noyabrdan etibarən Bakıdakı kafe və restoranların izinə düşən bloqqerlər ziyarət etdikləri restoran və kafelər barədə müşahidələrini ingilis və Azərbaycan dilində yazırlar. Deyirlər ki, qiymətləndirməni məkan və atmosferə, məhsulun keyfiyyəti və dadına, məhsulun qiyməti və bu qiymətə dəyərliliyinə görə müəyyənləşdirirlər.
«Gördük ki, xüsusi sayt, bloq yoxdur ki, oxuyanda biləsən ki, filan restoranda nə yemək olar, nə məsləhətlidir. Ora gedəndə, sizi nə gözləyir, atmosfer necədir. Buna görə də fikirləşdik ki, getdiyimiz məkanlar barədə bloq yazaq. Əvvəllər də haradasa oturub çay içib, yemək yeyirdik. Sadəcə birdən qərar verdik ki, həmişə bir yerdənsə, başlayaq fərqli-fərqli yerlərə getməyə və bu barədə yazmağa. Əvvəlcədən dəqiqləşdiririk ki, hara gedəcəyik, oranın hansı xüsusi yeməyi var. Harasa gedəndən sonra təxminən 72 saat ərzində artıq materialı bloqa yerləşdiririk».