Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:05

AB liderləri Rusiyada Suriyanı müzakirə edəcəklər


Avropa Birliyi və Rusiya liderlərinin Sankt- Peterburqda Suriya məsələsini müzakirə edəcəkləri
gözlənir.

AB rəsmiləri Rusiya prezidenti Vladimir Putinə onun Dəməşqə qarşı sərt mövqe göstərməsi üçün təzyiq göstərə bilərlər.

İyunun 4-də Rusiyada AB liderləri ilə birgə sammit başlayır. AB-nin prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının sədri Jose Manuel Barroso, qurumun xarici siyasət üzrə rəhbəri Catherine Ashton da sammit iştirakçıları arasındadır.

Sammitdə İranla ticarət əlaqəsi və onun nüvə layihəsi müzakirə olunacaq. O cümlədən, Rusiya Avropaya vizasız rejimin tətbiqi üçün işlərin sürətləndirilməsi məsələsini də qaldıracaq.
XS
SM
MD
LG