Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:58

Əfqanıstanda həbsxana divarını partladıb məhbusları qaçırıblar



Əfqanıstan rəsmiləri bildirirlər ki, ölkənin şimalında həbsxana divarında partlayıcı ilə deşik açılıb və oradan azı 14 məhbus qaçıb. Onların aralarında adi cinayətkarlarla yanaşı, Taliban döyüşçüləri də var. Həbsxanada partlayış iyunun 7-də törədilib.

Sar-e-Pul əyalətində baş vermiş həmin hadisə zamanı partlayış baş verən həbsxanada məhbuslardan 3-ü ölüb, 10-dan çox məhbus da yaralanıb.

Taliban hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Talibanın sözçüsü hadisə zamanı 10 polis əməkdaşının da öldürüldüyünü bildirib.

Polis əməkdaşları arasında itki barədə deyilənlər rəsmən təsdiq olunmur.
XS
SM
MD
LG