Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:13

İranda tanınmış vəkil 13 il həbslə cəzalandırılıb


Tehran İnqilab Məhkəməsi tanınmış vəkil Abdolfattah Soltaninin 13 il azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, milli təhlükəsizliyə təhdid törətməkdə ittiham olunub.

Abdolfattah Soltani keçən il həbs olunmuşdu. Mart ayında 18 il azadlıqdan məhrum edilmişdi. Vəkilin qızı Associated Press-ə bildirib ki, apelyasiya şikayətindən sonra isə cəzası 13 ilə endirilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Abdolfattah Soltanini vicdan məhbusu elan edib.

Soltani Nobel mükafatı laureatı Shirin Ebadi ilə birlikdə İranda hüquq müdafiə təşkilatı yaratmışdı.
XS
SM
MD
LG