Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Seymur Baycan: “Məni düşmən elan etmək istəyirlər”


Seymur Baycan. Şəkil: Hacı Hacıyev
Seymur Baycan. Şəkil: Hacı Hacıyev
“Azərbaycandakı bəzi saytların yazıçı Seymur Baycanın Tbilisidə erməni təşkilatından mükafat alması haqda yaydığı xəbər qeyri-dəqiqdir. Məlumatı yoxlamamaq Azərbaycan jurnalistikasının xəstəliyidir”.

Bunu Azadlıq Radiosunun ədəbiyyat portalı olan oxuzalı.az-a müsahibəsində Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirib:

- Biz on ay idi ki, Amerika hökumətinin dəstəyilə bir layihə həyata keçirirdik. “Birlikdə” adlanır. Layihənin əsas partnyorları olan təşkilatlar bu müddət ərzində ən yaxşı sülh atributları – sülh mövzulu şeir, musiqi, sloqan, video və foto hazırlanmasına çalışıblar.

O cümlədən Gürcüstandan Beynəlxalq Geopolitik Araşdırmalar Mərkəzi, Ermənistandan “Avropa İnteqrasiya” Təşkilatı və Azərbaycandan Humanitar Tədqiqatlar Cəmiyyəti.

İyunun 18-də Tbilisidə keçirilən tədbir həmin layihənin təqdimatı idi və orada Gürcüstanın məşhur “İveriya” ansambılı tərəfindən sülh atributlarını yaradanlara “fəxri fərman”lar verildi.

“Fəxri fərman” alanlardan biri də Seymur Baycan oldu.

“Fəxri fərman”da üç imza vardı: mənim, “Avropa İnteqrasiya” Təşkilatının sədri Karen Bekaryanın və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradkenin.

“Yalan məlumatlarla məni düşmən elan etmək istəyirlər”.

Bunu isə “Oxu zalı”na müsahibəsində yazıçı Seymur Baycanın özü bildirib:

- Ermənistandan xüsusi olaraq mənim üçün “Ararat” konyakı və şokolad gətirməyiblər ki, çox sağ ol, sən böyük işlər görmüsən. Belə şey olmayıb. Bu məsələni də jurnalistlər səs-küy salmaq üçün böyütdülər ki, ay haray, Seymur Baycan ermənilərdən mükafat aldı, aha, mövzu var, bir müzakirə açaq.

Sözügedən tədbirdə dizayner, fotoqraf və jurnalistlərlə bərabər yazıçıların da iştirak etdiyini deyən Seymur Baycan “fəxri fərman”ın üstündə mükafatçılara üzərində sülh rəmzi olan saat, şəkil və s. hədiyyələrin verildiyini söyləyib.

Yazıçının bu mükafatı qəbul etməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “cəbhə xəttində gərginliyin səngimək bilmədiyi bir
Əvəz Həsənov
Əvəz Həsənov
vaxtda ermənilərdən mükafat qəbul etməyin yolverilməz olduğunu” deyib və bildirib ki, “ermənilərdən nəinki mükafat almaq, hətta onlarla üzbəüz oturmaq da vicdansızlıqdır”.

Seymur Baycanın bu tənqidlərə münasibəti belə olub:

- Bu, sülhməramlı tədbir idi. Tədbir gənclər arasında təşkil olunmuşdu. Bilirsiniz, yaşda böyük olduğuma və əskim tüstülü olduğuna görə diqqət daha çox mənə yönəldi. Çünki əvvəllər də bu qəbildən olan tədbirlərdə iştirak etmişəm. Bir mükafat almışam deyə, vətəndaş mövqeyi olmayan adamlar üstümə düşüblər. Bu adamlar hamısı sındırılmış, yazıq adamlardır. Əllərinə şans düşüb ki, vətəndaş olduqlarını “sübut etsinlər”. Onsuz da başqa məsələlərdə söz deyə, ortalığa mövqe qoya bilmirlər. Başlayırlar Borçalıdan, uyğur türklərinin, İran azərbaycanlılarının hüquqlarından danışmağa. Akif Nağının nəzərincə guya məni Azərbaycan cəmiyyətində nə yaxşı yazar, nə də torpağını sevən insan kimi tanıyırlar. Akif Nağıya demək istəyirəm, 6-7 il bundan əvvəl Qarabağ Azadlıq Təşkilatının keçirdiyi müsabiqədə mən qalib olmuşdum. Əgər mən qeyri-ciddi adam və yazaramsa deməli, onun təşkilatı məndən də qeyri-ciddi təşkilatdır ki, mənə mükafat verib”.
XS
SM
MD
LG