Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:50

ANAR Rüstəm İbrahimbəyovun tərəfini tutdu


ANAR
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ qurum olan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılmasına münasibət bildirib.

“Media forum” saytına açıqlamasında Anar deyib ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunur, bu qurumun katibidir:

“Uzun illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm.

Mən Rüstəm İbrahimbəyovun sədrlik etdiyi qurumun legitimliyini tanıyıram. Doğrusu, yeni bir qurumun təsis olunmasının hansı zərurətdən ortaya çıxdığını başa düşmürəm. Belə bir təşkilatın yaradılmasına nə ehtiyac vardı?

Çünki təzə təşkilatın İdarə Heyətində təmsil olunanların hamısı Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. İndi bilinmir ki, onlar bizim təşkilatdan çıxacaqlar, ya hər iki quruma üzv olacaqlar. Hələlik bunlar mənə aydın deyil”.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında təmsil olunmaq təklifi almadığını söyləyən Anar bildirib ki, axıradək Rüstəm İbrahimbəyovun sədrlik etdiyi təşkilatın üzvü olaraq qalacaq: “Mövqeyimi və yerimi dəyişmək fikrində deyiləm”.

Yazıçılar Birliyinin sədri qeyd edib ki, müraciət olarsa, iki hissəyə ayrılan kinemotoqrafçıları bir araya gətirmək üçün vasitəçilik barədə düşünər.
XS
SM
MD
LG