Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09

Lukashenka Chavez`lə görüşür


Belarus prezidenti Aleksandr Lukashenka Venesuelada rəsmi səfərdədir. Onun Latın Amerikası turunda ilk daxil olduğu ölkə Kuba idi.

Paytaxt Karakasda onun prezident Hugo Chavezlə görüşü baş tutacaq.

Venesuela Belarusun Latın Amerikasındakı ən böyük ticarət tərəfdaşıdır.

İtar-Tassın Belarus rəsmi mənbələrinə istinadən verdiyi məlumata görə, iki ölkə arasında ticarət son illərdə sürətlə inkişaf edib. 2006-cı ildə onlar arasında ticarət dövriyyəsini həcmi 6 milyon dollar idisə, 2011-ci ildə bu rəqəm 1,3 milyard dollara qalxıb.

Dünən Kubaya səfərində həmkarı Raul Castro ilə görüşündə Lukashenka 5 əməkdaşlıq sazişinə imza atıb.

Rəsmi statistikaya görə, Belarus və Kuba arasında ikitərəfli ticarət 50 milyon dollar civarında qiymətləndirilir.

Venesuela səfərinin ardınca Lukashenka Ekvadora gedəcək.
XS
SM
MD
LG