Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:03

Hilal Məmmədov döyülməsini təkzib edir


Hüquq müdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov istintaq təcridxanasında döyülməsi və barəsində digər maddələrlə cinayət işi açılması ilə bağlı məlumatları təkzib edir.

Bunu AzadlıqRadiosuna iyunun 29-da Hilal Məmmədovla təcridxanada görüşən vəkili Anar Qasımlı deyib.

«Bir-neçə gündür məlumatlar yayılır ki, Hilal Məmmədovu istintaq təcridxanasında döyüblər, ona işgəncələr veriblər, daha sonra ona yeni maddə ilə cinayət işi açıblar. İyunun 29-u günorta saatlarında onunla görüşdüm və bütün bu məsələləri təkzib etdi. Saxlanma şəraitindən də narazı olmadığını bildirdi».

Anar Qasımlının sözlərinə görə, Hilal Məmmədov yalnız bir dəfə saxlanan ərəfədə döyülüb və müxtəlif xəsarətlər alıb. Vəkil deyir ki, hazırda bu məsələ Nizami Rayon Prokurorluğunda araşdırılmaqdadır.

Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanılıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Hilal Məmmədov özü bu ittihamları rədd edib.
XS
SM
MD
LG