Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:22

Amerikalı diplomat silah satışı məsələsinə aydınlıq gətirdi


Adam Sterling
Adam Sterling
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling Azərbaycana silah satışının baş tutmamasına aydınlıq gətirib.

Cənab Sterling bildirib ki, ABŞ-da hər hansı bir şirkət Birləşmiş Ştatlardan kənara silah satmaq istəyirsə, Dövlət Departamentindən bunun üçün lisenziya almalıdır:

«Özəl şirkət müraciət və ərizələrlə çıxış edir. Həmin ərizələrdə bir sıra dövlətlər var idi ki, onlara müdafiə avadanlıqları satılması xahiş olunurdu. Bu ölkələr arasında Azərbaycanın da adı var idi. Lakin sonradan həmin özəl şirkət öz ərizəsinə düzəlişlər edib və siyahıdan Azərbaycanın adını çıxarıb».

ABŞ rəsmisi şirkətin adını açıqlamayıb.

May ayında ABŞ-ın Azərbaycana hərbi avadanlıqlar sata biləcəyinə dair xəbər yayılıb.

Bu xəbərdən sonra ABŞ-dakı erməni lobbisi də hərəkətə keçib. Onlar həmin silahların Ermənistana qarşı istifadə oluna biləcəyi iddiası ilə Obama hökumətinə etiraz məktubları yollayıblar.
XS
SM
MD
LG