Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün İranın təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı durumu və regional proseslər ətrafında dair fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov azərbaycanlı şairlər Fikrət Hüseyin və Şəhriyar Hacızadənin İranda hələ də həbsdə saxlanmasının ölkədə ictimaiyyətində ciddi narahatlıq doğurduğunu bildirib, beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın İrandakı konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.
Poeziya tədbirində iştirak etmək üçün İrana getmiş şairlər 2 aydan çoxdur ki, bu ölkədə həbsdədirlər.