Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:30

Suriyadakı müşahidəçilər yenidən Tremsi kəndinə baş çəkmək istəyirlər


BMT-nin Suriyadakı müşahidəçiləri bazar günü yenidən Tremsi kəndinə baş çəkmək istəyirlər.

Hüquq müdafiəçiləri ötən cümə axşamı hökumət qoşunlarının kəndi atəşə tutuması nəticəsində 200-dən çox adamın öldüyünü deyirlər.

Müşahidəçilər dünən kəndə baş çəksələr də ölənlərin sayını dəqiqləşdirə bilməyiblər.

Amma onlar kəndin artileriya atəşinə tutulduğunu və əsas hədəfin müxalifət fəalları və müxəlifətin tərəfinə keçmiş hərbçilərin evləri olduğunu deyirlər.

Yerli fəalların məlumatına görə, şənbə günü ölkənin müxtəlif rayonlarında gedən toqquşmalarda 56 adam ölüb.

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya BMT-nin təhlükəsizlik şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim ediblər.

Sənəddə atəşi dayandırmaq üçün prezident Bashar Assada 10 gün vaxt verilməsi, əks halda sanksiyaların kəskinləşdirilməsi nəzərdə tutulur.

Rusiya isə təhlükəsizlik şurasına öz layihəsini təqdim edib.

Amma orda Suriya rejiminə qarşı sanksiyadan söhbət getmir.
XS
SM
MD
LG