Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:52

İordaniya polisi Liviya səfirliyi qarşısındakı aksiyanı daöıdıb


İordaniya polisi Liviya səfirliyi qarşısında keçirilən etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

200-ə yaxın liviyalı bazar günü Ammandakı liviya səfirliyinin qarşısına yığışaraq onların çəkdiyi tibbi xərclərin ödənilməsini tələb ediblər.

Səfirliyin əməkdaşları onlarla dialoqdan imtina etdiklərinə görə, aksiyaçılar səfirliyin binası və maşınlarını daşa basmağa başlayıblar.

France-Presse agentliyinin məlumatına görə, keçmiş dikdator Muammar Qaddafinin devrilməsindən sonra hökumət qoşunları ilə döyüşlərdə xəsarət almış minlərlə liviyalı müalicə üçün İordaniyaya qaçıb.

İordaniya hakimiyyəti indi onlardan müalicə və mehmanxanada yaşamağa görə 200
milyondan çox dollar tələb edir.
XS
SM
MD
LG