Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:42

Bu turizm mərkəzində bir şey çatışmır – turist


Avaza
Avaza
-
Çox yox, 5 il əvvəl Avaza Türkmənistanda Xəzər dənizinin sahilində kiçik bağlar ərazisi idi. Türkmənlərin çoxu yay istirahətlərini burada keçirirdilər.

İndi isə sadə, palçıq kərpicdən tikilmiş kottecləri dəbdəbəli, lüks otellər əvəz edib. Tozlu, kələ-kötür yolların yerində asfalt şoselər salınıb. Çimərliklərin ətrafında isə parklar görünür.

Prezident Gurbanguly Berdymukhammedov'un Türkmənistanda dünya standartlarına uyğun turizm infrastrukturu yaratmaq arzusu, deyəsən, bu ərazi ilə bağlıdır.

G.Berdymukhammedov 2006-cı ildə hakimiyyətə gələndən turizmin inkişafına 14 milyard dollar ayırıb. Bu vəsaitin də böyük hissəsi Avazaya gedib. Burada hər şey var. Ancaq bir şey çatışmır - turist.

YERLİ ƏHALİ ÜÇÜN QİYMƏTLƏR BAHADIR

Burada qələbəlik turist qruplarını görməzsən. İstirahət mərkəzindəki 8 lüks otelin xeyli hissəsi isə boşdur. Baxmayaraq ki, qiymətlər münasibdir. Məsələn, «Kerven» otelində bir nəfərlik otağın bir gecəlik qiyməti 50 dollardır. Bura səhər yeməyi, tennis kortu, gimnastika zalı, qayıqla səyahət, aeroportdan transfer də daxildir. Əlavə bir neçə dollara masaj, iynə terapiyası, internet, diaqnostika mərkəzindən faydalana bilərsən.
Avaza
Avaza
Lakin yerli turistlər üçün bu qiymətlər əlçatmazdır.

Aşqabaddan olan həkim Oraz deyir ki, üç nəfərlik ailəsi ilə burda bir həftə qala bilməz:

«Otelin qiymətlərindən başqa nəqliyyat, yemək kimi xərclər də var. Ona görə Avaza otelləri bizə uyğun deyil».

Oraz burdan 20 km aralıda yerləşən Türkmənbaşı şəhərində Avaza otellərindən xeyli ucuz mənzil kirayələyib. Buradakı dəniz sahilinə maşınla gəlib-gedir.

VİZA ALINMASI ÇOX VAXT APARIR

Avaza otellərindən birinin meneceri Şöhrət deyir onların işi təzədir:

«Bura daha çox iyul, avqust, sentyabr aylarında gəlirlər. Daha çox turist isə avqust ayında gəlir. İşlərimiz yenidir, bu, təbiidir».

Burada yeni otellər, süni adalar, su parklarının salınması planlaşdırılır.
Avaza
Avaza
Lakin yenə də turistləri cəlb etmək asan olmayacaq. Hazırda yalnız bir neçə turist agentliyi Türkmənistana turist cəlb edir. Bu da Orta Asiya turları çərçivəsində. Ancaq bu turların heç birində Avazının adı xüsusi çəkilmir. Görünür, ölkənin dünyaya açılması üçün çox işlər görülməlidir.

Moskvadakı «Zharkov Tour» səyahət agentliyindən bildiriblər ki, Türkmənistana getmək üçün viza müraciətlərinin əksəriyyəti rədd edilib.

Böyük Britaniyadakı «Intrepid Travel» agentliyində isə belə bir problemlə qarşılaşmadıqlarını deyirlər. Ancaq Türkmənistana viza alınmasının çox vaxt apardığını və çoxlu sənədlər tələb olunduğunu bildirirlər.

Bazar adlı taksi sürücüsü isə Türkmənbaşı ilə Avaza arasındakı ictimai nəqliyyatın olmamasından razıdır:

«Bura prezidentin diqqət mərkəzindədir. Bu da yaxşıdır. Region inkişaf edir. Şəxsən mən yay aylarında daha çox pul qazanıram».
XS
SM
MD
LG