Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:56

Rusiya ilə Çin yenə də Bashar Assad'ın tərəfini saxladı


Foto arxiv
Foto arxiv
Rusiya ilə Çin yenədə BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsində BMT-nin bu ölkədəki müşahidəçilər missiyasının genişləndirilməsi və prezsident Bashar Assadın 10 gün ərzində hərbi əməliyyatları dayandırmağacağı halda Suriya rejiminə qarşı yeni sanksiyalar tədbiq edilməsi nəzərdə tutulurdu.

Rusiyanın BMT-ki elçisi Vitali Çurkin deyib ki, BMT-nin təhlükəsizlik şurasından istifadə edərək suveren dövlətlərdə öz siyasi sxemini həyata keçirmək planları keçməyəcək.

Pakistanla Cənubi Afrika Respublikası isə bitərəf qalıblar.

Son 48 saat ərzində ölkədə qarşıdurma daha da gərginləşib.

Çərşənbə günü Dəməşqdə törədilmiş partlayışda müdafiə naziri Daoud Rajha, onun
müavini və prezident Bashar Assadın yeznəsi Assef Shawkat və fövqəladə hallar idarəsinin rəhbəri Hassan Turkomani ölüb, daxili işlər və milli təhlükəsizlik nazirləri isə yaralanıblar.

Hücuma görə cavabdehliyi üsyançılar üzərinə götürüb.

Suriya müxalifətinin lideri Abdelbassek Sida Qətərdə bildirib ki, dünənki partlayış hökumətə qarşı qiyamın dönüş nöqtəsidir.

Birləşmiş Ştatlar bəyan edib ki, bu hücum prezident Bashar Assad rejiminin nəzarəti itirməsindən xəbər verir.

Böyük Britaniyanın baş naziri David Cameron isə bir daha Bashar Assadı istefa verməyə çağırıb.

Suriyalı fəallar 1 ildən çoxdur ki, ölkədə davam edən toqquşmalarda 17 mindən çox adamın öldürüldüyünü deyirlər.

Dünən və bu gün Dəməşq və onun ətraflarında silahlı toqquşmalar davam edib.
XS
SM
MD
LG